Dərman anbarında yanğın baş verib - HADISƏ

Siyəzən şəhərində Səhiyyə Nazirliyinə məxsus  dərman anbarının ərazisində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, ərazidə gücü 36 kVt olan transformatorun giriş-cıxış kabelləri və yağ açarı yanıb. Yanğından transformator mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31