Narkotik alverində təqsirləndirilən şəxsə hökm oxunub
18 Dekabr 2015 17:15 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Gülağa İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə G. İsgəndərov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, G. Aslanov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31