3 nəfərin ölümünə səbəb olan şəxs məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn ağır yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Vitaliy Sarayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Vitaliy Salayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində heç yerə getməməklə bağlı iltizam ləvğ edilib, barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, bu il martın 19-na keçən gecə saat 00.30 radələrində Sumqayıtda ağır yol qəzası baş verib, nəticədə 3 nəfər ölüb. Şəhər sakini Mövsüm Ataxanzadənin idarə etdiyi "QAZ-3110" və Bakı şəhər sakini Vitali Sarayevin idarə etdiyi "Toyota RAV-4" markalı avtomaşınlar toqquşub.
Nəticədə M.Ataxanzadənin sərnişinləri Şükür Əliyev, Cavid Quliyev və 45-50 yaşlı kişi hadisə yerində ölüb. Onun özü və V.Sarayev isə xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Hər ikisinin vəziyyəti orta ağırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31