Silsilə oğurluqla məşğul olan şəxslər ifşa olunub
17 Dekabr 2015 15:07 KriminalŞirvan çəhərində oğurluqla məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri M.Səmədovaya, R.Yaqubova və E.Muradova məxsus evlərdən, habelə M.Qurbanovaya məxsus mağazadan pul, qızıl, geyim və məişət əşyaları oğurlamış, eləcə də İ.Soltanova məxsus mağazadan oğurluğa cəhd göstərmiş həmyerliləri Elçin Əliyev və Zahid Abbasov tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31