Əmisi oğlunu bıçaqlayan saxlandı

Dekabrın 13-də Xızı rayonunun Şuraabad kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Rahil Səfərov münaqişə zəminində qohumu (əmisi oğlu) Vüsal Səfərova bıçaqla xəsarət yetirib. DİN-dən verilən məlumata görə, Xızı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Səfərov tutulub. Faktla bağlıaraşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31