Gədəbəy sakinindən odlu silah götürülüb

Gədəbəy sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kiçik Qaramurad kənd sakini Nadir Qarayevin evindən müvafiq sənədləri olmayan lüləsi kəsilmiş "TOZ-12" markalı nömrəsi silinmiş ov tüfəngi aşkar edilərək götürülüb. Həmçinin, Oğuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Muxas kənd sakini Habil Xudiyevdən müvafiq sənədləri olmayan 1 ədəd "İJ" markalı ov tüfəngi götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31