Zaqatalada ikimərtəbəli bina yanıb

Zaqatala şəhərində ikimərtəbəli binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 1500 kv.m olan ikimərtəbəli binanın 1-ci mərtəbəsində təsərrüfat otağı 15 kv.m, 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 25 kv.m və çardağının yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31