Bakı sakini saxta pullar və narkotiklə yaxalandı

Bakı şəhər sakinindən saxta əskinaslar aşkarlanıb.Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 9-da Salyan şəhəri ərazisində, şəhər sakini Namiq Tağıyevə məxsus mağazaya gəlmiş naməlum şəxs saxta 10 manatlıq əskinas verərək danışıq kartı alıb.Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb və onun Bakı şəhər sakini Nəcməddin Mehdiyev olması müəyyən edilib.
Mehdiyevin üzərinə baxış zamanı 1 ədəd 100 manatlıq və 6 ədəd 10 manatlıq saxta əskinaslar, habelə təxminən 1 qram heroin aşkar edilərək götürülüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31