Bakıda yeni cinayət üsulu - SAYIQ OLUN

Bakıda yeni oğurluq növü işə salınıb.

Milli.Az xəbər verir ki, criminal.az-a verilən məlumata görə, orta yaşlı bir kişi oğurluq etmək üçün ağlagəlməz üsuldan istifadə edir. Kadrlarda görəcəyiniz "qəhrəman" binaların bloklarına daxil olduqdan sonra elektrik təchizat qutusunda "gözaltı" etdiyi avtomatı söküb aparmaq üçün əvvəlcə qısaqapanma yaradır. O, bu yolla evdə adam olub-olmadığını müəyyənləşdirir.

Daha sonra avtomata gələn və gedən ana xətti zəif kabellə birləşdirərək avtomatı rahatlqla sökür. O, oğurladığı avtomatla birlikdə getdikdən bir neçə dəqiqə sonra isə zəif naqil qızaraq sıradan çıxır. 

''Bu kadrları hüquq-muhafizə orqanlarına təqdim edərək bu alçağın yaxalanması üçün çalışacağam. Görüntülərdəki "qəhrəman"ı tanıyanlardan xahiş edirəm, bu barədə məlumat yazsınlar'', - deyə şikayətçi vurğulayıb. 

Kadrlarda gördüyünüz hadisə dekabrın 12-də saat 13 radələrində "Azadlıq Prospekti" metrostansiyasının yaxınlığında, S.S.Axundov 1b ünvanında baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31