İcra başçısı iş adamının evini sökür

Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisində yerləşən iş adamı Oktay Məmmədova məxsus bağ evi icra hakimiyyətinin nümayəndələri tərəfindən sökülür.Bu barədə "Qafqazinfo"ya açıqlama verən zərərçəkənin sözlərinə görə, Novxanıda yerləşən üçmərtəbəli evinin hansı səbəbdən sökülməsi ilə bağlı ona heç bir məlumat verilmir: "Bağın sənədlərini göstərmək istəsəm də, heç kim buna əhəmiyyət vermir, sənədə baxmaq istəmirlər. Evin üçüncü mərtəbəsinin tikintisi də 6-7 ay bundan əvvəl başa çatıb. Qonşunun şikayəti əsasında evimin söküldüyünü bilirəm. Məhkəmə qərarı olmadan nə haqla mənim evimi sökürlər?"O.Məmmədovun sözlərinə görə, hazırda əraziyə evin  sökülməsi üçün nəzərdə tutulan texnika yerləşdirilib və çoxlu sayda ustalar gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31