Ata 17 yaşlı qızını niyə bıçaqladı

Oktyabrın 12-də Quba rayonunda atanın 17 yaşlı qızının bıçaqlaması hadisəsinin təfərrüatları məlum olub. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Qonaqkənd kəndində Elxan Balayev qızı 17 yaşlı Günəş Balayevanı ürək nahiyəsindən bıçaqlayıb. Məlumata görə, 17 yaşlı G.Balayeva bir neçə ay əvvəl nişanlansa da, oktyabrın əvvəlində nişanını qaytarıb. O Yeni Talabıqışlaq kəndindəki ata evini tərk edib və Qonaqkənd kəndinə, babası evinə yollanıb. Bundan əsəbiləşən qızın atası onun geri qaytarmaq üçün Qonaqkəndə gəlib. Burada isə ata və 17 yaşlı qızı arasında münaqişə yaranıb.Fakt üzrə Quba RPŞ-də araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31