Maşını qaçırmağa cəhd göstərən saxlanıb

Şamaxı şəhərində şəxsiyyəti məlum olmayan 2 nəfər, şəhər sakini İlqar Feyzullayevə zor tətbiq edib "Saipa" markalı avtomobilini almağa cəhd göstəriblər. DİN-dən verilən məlumata görə, Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri - həmyerlisi Elbrus Quliyev tutulub. Şamaxı RPŞ tərəfindən araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31