Maşın oğrusu ələ keçib
14 Dekabr 2015 14:38 KriminalNoyabrın 24-də Sumqayıt şəhərində Bakı şəhər sakini Xalid Quliyevdən dələduzluq yolu ilə alınmış "TOFAŞ" markalı avtomobilin Sumqayıt şəhərində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən aşkar edilib.DİN-dən verilən məlumata görə, görülmüş tədbirlərlə Sumqayıt şəhər sakini Qurban İsrafilov tərəfindən idarə edilərkən Corat qəsəbəsində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31