Oğrunun digər əməlləri ifşa edilib
14 Dekabr 2015 14:37 KriminalSuraxanı rayonunda oğurıuq etmiş şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, tutulmuş Elimxan Alıyevin ətrafında Baş Cinayət-Axtarış İdarəsi və Suraxanı RPİ 30-cu PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 21-də Qasım Tağıyevə məxsus mağazada quraşdırılmış "E-manat" terminalından və mayın 20-də Hövsan qəsəbəsində quraşdırılmış "Milli Ön" ödəmə terminalından pul, habelə iyulun 27-də Rövşən İmanova məxsus mağazadan 200 manat və orada quraşdırılmış "Milli Ön" terminalını oğurlaması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31