Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
14 Dekabr 2015 12:20 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Elşən Adilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Elşən Adilov müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində fəaliyyət göstərən İŞİD terror təşkilatının fəaliyyətində iştirak etməkdə ittiham olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31