Adamları döyməkdən çəkinin: Həbs müddəti artrılır
13 Dekabr 2015 08:06 KriminalAzərbaycanda adam döyməyə görə həbs müddəti artrılır.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.
Hazırda döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə 500 manatdan 1000 manatadək miqdarda cərimə tətbiq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbs tətbiq olunur.
Yeni dəyişikliklərdə isə bu müddətin 2 ayadək olması təklif edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31