Masallıda maskalı oğru ələ keçib
11 Dekabr 2015 17:09 KriminalMasallıda maskalı oğru saxlanıb. DİN-dən verilən məlumata görə, dekabrın 10-da Masallı rayonunun Xoşçobanlı kəndində yaşayan Atlas Həsənovanın evinə açıq qalmış qapıdan girmiş maskalı şəxs onu bıçaqla hədələyərək pul verməsini tələb edib, habelə qulağındakı sırğanı almağa cəhd göstərib, müqavimətlə rastlaşdığından A.Həsənovanın qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini Sirac Həsənli tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31