Silsilə oğurluqla məşğul olan dəstə ifşa edilib

Abşeron rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də Samir Əsgərova məxsus kafedən, Rövşən Hüseynova, Qabil Axundova, Məhəmməd Həsənova məxsus evlərdən və Etibar Məmmədova məxsus mağazadan pul, tütün məmulatı, ərzaq məhsulları, inşaat materialları, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamış Beyləqan rayon sakini Nadir Nadirli tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31