Qoyun oğurluğu ilə məşğul olan dəstə saxlanıb

Salyan rayonunda oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ziya Əliyevə, İlqar Qarayevə və Ayət Heydərova məxsus yardımçı təsərrüfatlardan ümumilikdə 27 baş qoyun oğurlamış Göyçay rayon sakini Mehman Əsgərov, Salyan rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Amil Dünyamalıyev və Vahid Hüseynov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31