Şəki sakinindən silah və dini ədəbiyyat götürülüb

Şəki ŞRPŞ əməkdaşları tərəfindən Kiçik Dəhnə kənd sakini Əzizbala Nəzirovun yaşadığı evə baxış keçirilib. DİN-dən verilən məlumata görə, baxış zamanı müvafiq sənədləri olmayan, nömrəsi silinmiş, lüləsi kəsilmiş ov tüfəngi, 4 ədəd patron, 36 ədəd yayılması və təbliği qadağan olunmuş dini ədəbiyyat və 26 ədəd CD disklər aşkar edilərək götürülüb. Ə.Nəzirov tutulub. Faktla əlaqədar cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31