Nardaranda bir evdən silah və narkotik tapılıb

Bakının Nardaran qəsəbəsində yaşayan şəxsin evindən narkotik və silah tapılıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əli Əliyevin evindən "F-1" qumbarası və 3,95 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31