Masallıda evə basqın edən maskalı şəxs tutulub
11 Dekabr 2015 13:26 KriminalMasallıda evə basqın edən maskalı şəxs tutulub. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 10-da Masallı rayonunun Xoşçobanlı kəndində yaşayan Atlas Həsənovanın evinə açıq qalmış qapıdan girmiş maskalı şəxs onu bıçaqla hədələyərək pul verməsini tələb edib, habelə qulağındakı sırğanı almağa cəhd göstərib. O, müqavimətlə rastlaşdığından A.Həsənovanın qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Masallı rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini Sirac Həsənli saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31