Balakəndə köməkçi tikili külə dönüb

Balakən rayonu, Talalar kəndində vətəndaşa məxsus tikili yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 100 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31