Bakıda vəhşiliyə məruz qalmış gənc qız: "Onlar mənə işgəncə verərərək saçımı qırxdılar, sonra isə..."

Üç gənc vəhşiliklərini qisas üçün mobil telefona da çəkdilər...

Bakıda gənc qızın göz yaşı içərisində anlatdıqları Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarını sarsıdıb. Qızın danışdıqları əsasında polis əməkdaşları dərhal əməliyyat keçirərək 3 nəfəri həbs ediblər.
"Mən istədiyim oğlanın telefonuna gec cavab verdim. Həmin hadisədən sonra məni maşına mindirib dəniz kənarına apardılar. Orada istədiyim oğlanla bərabər onun iki dostu mənə işgəncə verdilər. Döydülər, saçlarımı qırxdılar. Bütün bu işgəncələri isə mobil telefona çəkdilər", - deyə işgənəyə məruz qalan 22 yaşlı K.M. idafəsini hönkürərək tamamlayıb.
Rayon Polis İdarəsindən Milli.Az-a hadisənin bütün təffərrüatları verildi. Məlum oldu ki, K.M-nı istəyən Cahangir Dövlətov Naxçıvandan qızın mobil telefonuna zəng edib. Qız isə onun telefonuna gec cavab verib. Bundan əsəbləşən Cahangir Bakıya gələrək Könülə görüş təyin edir. Qız isə hər hansı bir problemin olacağını ağlına belə gətirmədən görüşə razı olur. Cahangir isə hazırladığı planı həyata keçirmək üçün xalası oğlu Xalid Əkbərovla birlikdə tanışı Ayxan Zəngiyevin maşınına minərək qızın yanına gedib. Orada qızı maşına mindirərək dəniz kənarına aparıblar. Könülü möhkəm döyərək işgəncələr veriblər. Cahangirin bununla da hirsi soyumayıb və qızın başını qırxıb. Ən dəhşətlisi isə odur ki, qızın başına gətirilən işgəncələr telefon vasitəsilə çəkilib.
Polis əməkdaşları cinayətdə şübhəli bilinən C.Dövlətovu, onun xalası oğlu Xaliq Əkbərovu və bu hadisədə sürücülük etmiş Ayxan Zəngiyevi tutub. Hadisəni törədən şəxslər tutularkən polisə müqavimət də göstərib.

Faktla bağlı Cinayət Məcəlləsinin işgəncə və polisə müqavimə və daha bir neçə maddəsi ilə cinayət işi başlanıb.

Etik normaları nəzərə alaraq işgəncə faktının videosunu təqdim etmirik...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31