"Müsəlman Birliyi Hərəkatı"nın İdarə Heyətinin üzvü həbs olundu

"Müsəlman Birliyi Hərəkatı"nın daha bir üzvü tutulub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, "Müsəlman Birliyi Hərəkatı" adlı qurumun İdarə Heyətinin üzvü, ilahiyyatçı Fərhad Mirzə Bakının Binə qəsəbəsində saxlanılıb. O, Nardaran hadisələrində təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə həbs - qəti imkan tədbiri seçilib. Fərhad Mirzə "Müsəlman Birliyi Hərəkatı"nın rəhbəri Taleh Bağırovun yaxın tərəfdaşı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31