Evi qarət edən dəstə ifşa edilib
10 Dekabr 2015 13:23 KriminalDekabrın 9-na keçən gecə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yaşayan Şahin Həsənovun evindən 500 manat və qızıl üzük oğurlanıb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 15-ci PB və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş İsmət Məmmədov, Abşeron rayon sakini Arzu Babayeva, Bakı şəhər sakini Ceyhun Hüseynov, Gəncə şəhər sakinləri Sahib Abdullayev və qardaşı Elmir tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31