Oğurluğun üstü 5 aydan sonra açıldı

Cari il avqustun 10-da Siyəzən şəhər sakini Samirə Cavadovanın Unibankdakı hesabından 365 manat çıxarılaraq oğurlayan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Siyəzən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun şəhər sakini, əvvəllər məhkum olunmuş Sərvər Mirzəyev tərəfindən törədilməsi müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31