Silsilə oğurluqla məşğul olan saxlanıb
10 Dekabr 2015 13:19 KriminalSəbail RPİ 41-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 3-də Günel Zeynalzadəyə məxsus ofisdən noutbuk oğurlamış Lənkəran şəhər sakini Mərdan Əsədullayev tutulub. DİN-dən verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakinləri Süleyman Allahverdiyevə, İsa Musazadəyə məxsus məişət əşyalarını, habelə Abbas Abbasova məxsus avtomobildən 150 manat və bankomat kartı oğurlaması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31