Oğru dəstənin 3 üzvü ələ keçib

Sabunçu rayonunda oğurluqla məşğul olan qrupun üzvləri saxlanıb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 8-də Münəvvər Əliyevanın və Hicran Məmmədovanın evlərindən oğurluq etmiş qrupun digər üzvləri - Bakı şəhər sakinləri İlhamə Babayeva, Ədalət Həsənov və Xaliq Sadıqov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31