Evləri qarət edən ələ keçib

Cari il noyabr ayının 29-dan dekabr ayının 7-dək olan müdddətdə Sabunçu rayonunun Nardaran qəsəbəsində Bakı şəhər sakini Münəvvər Əliyevaya məxsus evdən pəncərədən girmək yolu ilə 300 manat və məişət əşyaları oğurlanıb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən paytaxt sakini Nəriman Qədirov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 4-də Hicran Məmmədovanın evindən məişət əşyaları və elektrik alətləri oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31