Avtomobilin vurduğu piyada xəstəxanada ölüb
9 Dekabr 2015 14:07 KriminalQəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, dekabrın 8-də saat 10 radələrində Qəbələ şəhərində rayon sakini Elbrus Rəsulov idarə etdiyi "VAZ-21063" markalı avtomobillə yolu keçən həmyerlisi Rəhim Xancanovu vurub. Xəstəxanaya yerləşdirilmiş R.Xancanov orada ölüb. Faktla bağlı Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31