Rusiyanın axtardığı cinayətkar ASAN Xidmətdə yaxalandı
9 Dekabr 2015 13:40 KriminalBakıda Rusiyanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsindəki ASAN Xidmət mərkəzində baş verib. Mərkəzə sənəd almaq üçün müraciət edən Xaçmaz rayon sakini Bəxtiyar Yüzbəyovun Rusiya Federasiyası Dağıstan Respublikasının hüquq-mühafizə orqanları tərəfindəın beynəlxalq axtarışa verilməsi müəyyən edilib. B.Yüzbəyov saxlanılaraq Nərimanov polisinə təhvil verilib. Bildirilir ki, B.Yüzbəyov Rusiya Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə axtarışda olub. Araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31