Qaradağ rayonunda bıçaqlama hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 5-də Vüqar Bəşirova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Rövşən Ağacanov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31