Quldur dəstənin bir üzvü saxlanıb
8 Dekabr 2015 14:23 KriminalDekabrın 1-də Göyçay şəhərində yaşayan Fərzalı Hacıyevin yaşadığı evdən quldurluq yolu ilə 100 manat və qızıl əşyalar aparılıb. DİN-dən verilən məlumata förə, qrupun bir üzvü - Ağcabədi rayon sakini Ədalət Azadov dekabrın 7-də DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən paytaxtın Nərimanov rayonu ərazisində "Mercedes" markalı avtomobili idarə edərkən müəyyən edilib və görülmüş tədbirlərlə saxlanılaraq Göyçay RPŞ-yə təhvil verilib. Avtomobillə baxış zamanı 8,5 qram marixuana da aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31