Polis idarəsinin müşahidə kameraları sındırılıb
8 Dekabr 2015 14:20 KriminalDekabrın 6-da saat 21 radələrində Gəncə şəhərinin F.Əliyev küçəsində yerləşən yeraltı keçiddə quraşdırılmış Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinin 3 ədəd müşahidə kameraları və yaddaş qurğusu naməlum şəxslər tərəfindən sındırılıb. DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri, əvvəllər məhkum olunmuş Emil Qarayev, Nicat Məmmədov və Xəyal Musayev tutulub, daha 3 nəfər isə müəyyən edilmişdir. Onların da tutulması üçün əməliyyat-axtarış tərbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31