Azərbaycanda dəhşətli qəza: ölən və yaralanan var
Hadisə Bakı-Qazax yolunda baş verib
12 Oktyabr 2012 15:05 KriminalBu gün saat 12.00 radələrində Bakı-Qazax yolunun 213-cü kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, yolun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən hissəsində betonla dolu olan 90 KA 148 dövlət nömrə nişanlı, "MAZ" markalı yük maşını mişar daşı ilə yüklü olan 02 BX 165 dövlət nömrə nişanlı, "MAZ" markalı maşınla toqquşub.
Nəticədə hər iki avtomobil aşıb, sürücülərdən biri dünyasını dəyişib, digər sürücü və avtomobildə olan daha bir nəfər yaralanıb. Maşınlarda olan yüklər dağılaraq yolu bağlayıb.
Hadisə nəticəsində ölən sürücünün kimliyi hələlik müəyyən edilməyib. Xəsarətlə alan 1986-cı il təvəllüdlü Mirsəməd Şakir oğlu Müseyibov və 1982-ci il təvəllüdlü Teymur Şirinov Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.