Şahdağ İstirahət Kompleksində yanğın olub

Qusar rayonu, Aladaş kəndində Şahdağ istirahət kompleksinin ərazisində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumatta görə, nəticədə tikintisi başa çatmamış mehmanxananın ərazisində fəhlələr üçün ayrılmış ümumi sahəsi 300 kv.m olan dəmir konstruksiyalardan ibarət tikilinin taxta üzlüyü 50 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31