Türkiyədə iki sərnişin qatarı toqquşub

Bu gecə Türkiyədə iki sərnişin qatarı toqquşub. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Adanada dəmiryol stansiyasına daxil olan sərnişin qatarı ilə stansiyadan çıxmaq üçün manevr edən boş sərnişin qatarı toqquşub.Nəticədə birinci qatarda olan 15 sərnişin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Yaralılar arasında hər iki qatarın maşinistlər də var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31