Qadını zorlamaq istəyən şəxs tutulub

Qadını zorlamağa cəhd edən və telefonunu oğurlayan şəxs ələ keçib. "Olaylar"  Daxili İşlər Nazirliyinin  saytına istinadən xəbər verir ki, Tovuz rayon sakini Faiq Alıyev noyabrın 17-də S.Q-nı (qadın) zorlamağa cəhd göstərib. Qadının müqavimətini görən F.Alıyev onun  yerə düşmüş mobil telefonunu götürərək qaçıb. Faktla bağlı Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Faiq Alıyev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31