Fəhlə daş kəsən kombayının altına düşərək ölüb

Dekabrın 6-da Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən daş karxanalarından birində bədbəxt hadisə baş verib. "Olaylar"-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, karxanada fəhlə işləyən Bakı şəhər sakini Əyətulla Nəsirov ehtiyatsızlıqdan daş kəsən kombaynın altına yıxılıb və aldığı xəsarətdən hadisə yerində ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31