Evdən qızıl əşyaları aparan ələ keçib

Tovuz rayonunda evlərə qənim kəsilən şəxs saxlanıb. DİN-dən verilən məlumata Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-da rayon sakini Vidadi Hümbətovun evindən qızıl əşyalar oğurlamış həmyerlisi Şakir Məmmədov tutulub. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olunması müəyyən edilib. Həmçinin Kürdəmir RPŞ və Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-də Kürdəmir rayon sakini Xanım Kərimovanın evindən 9000 manat oğurlamış Yevlax şəhər sakinləri İlqar Abdullayev və qardaşı Alim tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31