“İmpuls-AR” MMC-dən oğurluq edənlər yaxalanıb
7 Dekabr 2015 14:02 KriminalAbşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da Pirəkəşkül qəsəbəsində "İmpuls-AR" MMC-yə məxsus anbardan 1200 manat dəyərində tikinti materialları oğurlanıb. DİN-dən verilən məlumata görə, hadisəni törədənlərin orada fəhlə işləyənlər Cəsarət İlyasov və Qalib Quliyev olduğu müəyyən edilib. Məlum olub ki, onlar tikinti materialını qəsəbə sakini Azər İsayevin idarə etdiyi "VAZ-21074" markalı avtomobilə yükləməklə oğurlayıblar. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Cəsarət İlyasov və Qalib Quliyev tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31