Azərbaycan rusiyalı iş adamını beynəlxalq axtarışa verib
7 Dekabr 2015 12:54 KriminalAzərbaycan rusiyalı iş adamını axtarışa verib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1965-ci il təvəllüdlü Tsindelyani Lento Sosoyeviç qaçaqmalçılıqda təqsirləndirilir. Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub. APA-nın əldə etdiyi məlumata görə, Lento Tsindelyani Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31