"Abşeronneft"in binasında yanğın

Fəaliyyət göstərməyən tikilinin damı yanıb

Bakı şəhəri, Xəzər rayonunda yerləşən "Abşeronneft" Neft Qaz Çıxarma İdarəsinin balansında olan binada yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 100 kv.m. olan tikilinin dam örtüyü 15 kv.m. sahədə yanıb. Yanğından tikilinin qalan hissəsi mühafizə olunub. Yanğın saat 14:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31