Nardaranda iki qardaş saxlanılıb
6 Dekabr 2015 10:26 KriminalBakının Nardaran qəsəbəsində DİN-in "təmizləmə əməliyyatı" davam edir.
"Turan"ın verdiyi son məlumata görə, həmin əməliyyatlar çərçivəsində qəsəbə ağsaqqallarından Hacı Fəyyazın iki oğlu saxlanılıb.
Yeri gəlmişkən, Nardarana elektrik və qaz verilməsi hələ də bərpa olunmayıb,
Hazırda qəsəbədə enerji və qazpaylama şirkətlərinin nümayəndələri işləyir, smart-sayğaclar quraşdırılır.
Xatırladaq ki, "Azərişıq" ASC -nin məlumatına görə, Nardaranın 42 milyon manat elektrik borcu var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31