Qaxda oğurçu dəstə ifşa edilib
4 Dekabr 2015 16:46 KriminalCari il noyabr ayının 27-dən dekabrın 3-dək olan müddətdə Qax şəhərində yaşayan Hacıəhməd Cəbrayılovun evindən 130 manat, 1000 rubl, 300 lari pul, habelə sənəd və geyim əşyaları oğurlanıb. DİN-dən verilən məlumata görə, Qax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerliləri, əvvəllər məhkum olunmuş Səbuhi Məmmədov və Elnur Aşurov tutulublar. Ətraflarnda aparılmış əməliyyat tədbirləri ilə onların dekabrın 1-nə keçən gecə şəhər sakini Ramiz Mirzəyevə məxsus "Toyota" markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 150 manat oğurlamaları, həmçinin S.Məmmədovun rayon sakinləri Şəhriyar Məmmədli və əvvəllər məhkum olunmuş Rəhim Abdurəhimovla birgə rayon sakini Rasim İsrafilovun evindən məişət əşyaları oğurlamaları da müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ş.Məmmədli tutulub.