Daşkəsəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
4 Dekabr 2015 16:44 KriminalDaşkəsəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, dekabrın 3-də saat 13 radələrində Daşkəsən rayonunun Çovdar kəndinin meşə zolağında Şəmkir rayon sakini Cavid Zeynalov idarə etdiyi "Niva" markalı avtomobili aşırıb. Nəticədə o, hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.
Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31