Qaradağda 3 otaqlı ev külə dönüb

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"-a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları yanıb.  Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31