Moskvada biznesmenləri oğurlamaqda şübhəli bilinən iki Azərbaycan vətəndaşı tutulub
4 Dekabr 2015 15:01 KriminalMoskvada adam oğurluğu və soyğunçuluqda şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanılıb. APA-nın Rusiya DİN Baş İstintaq İdarəsinin saytına istinadən verdiyi məlumata görə, onlar sonuncu belə əməli noyabr 20-də törədiblər. Moskva sahibkarlarından birini oğurlamağa çalışsalar da, buna nail ola bilməyiblər. Hadisədən 6 gün sonla isə saxlanılıblar. Yaşadıqları ünvanda axtarış zamanı soyuq silah və noyabrın 20-də hadisə yerindən qaçdıqları avtomobil aşkarlanıb. Onlardan biri daha əvvəl Azərbaycanda qətl hadisəsi törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib. Hazırda həmin şəxslərin daha hansı cinayətlər törədiyi araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31