Qəzaya düşən zabitlər hardan gəlirmişlər?
Zabitlər yaralı halda xəstəxanaya yerləşdiriliblər
12 Oktyabr 2012 11:56 KriminalÖtən gecə Bakı-Şamaxı yolunda, Pirəkəşkül qəsəbəsi ərazisində Azərbaycan Ordusunun zabitləri yol qəzasına düşüb. Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin zabitləri kapitan Elşən Əliyev, leytenant Yaşar Mütəllimov və kapitan Ceyhun Zeynalov taksidə gedərkən qəzaya düşüblər. Nəticədə taksinin sürücüsü və hər üç zabit xəsarət alıb.Zabitlər yaralı halda xəstəxanaya yerləşdiriliblər
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31